EN

Samir Abasov məğlub olduqları oyundan nə dedi?

Misli Premyer Liqasının IX turunun “Sumqayıt” - “Qarabağ” matçından (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis yenilgini belə dəyərləndirib:

"Qarabağ"ı təbrik edirəm. Meydandan bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq.
Real danışsaq, hücumçulardan istədiklərimizi ala bilmirik. Problemlər sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görür və komandanın epizodlar yaratmağı üçün bunun üzərində işləyir. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə sonluğu gətirə bilmirik". 

Chosen
12
fanat.az

1Sources