İsrail ordusu Livanla sərhəddə daha bir neçə ərazini qapalı hərbi zona elan edib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Manara, İftah və Malkiya əraziləri qapalı hərbi zona elan edilib. Bu ərazilərə giriş qadağandır", - məlumatda deyilir.