EN

Hizbullah döyüşçüləri ilk dəfə İsrail ərazisinə girdi - Təcili

Hizbullah silahlı birləşmələri ilk dəfə olaraq İsrail ərazisinə daxil olmağa cəhd edib.


News365.az xəbər verir ki, bu barədə “Əl Cədid” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.


Bildirilib ki, döyüşçülər Doviv kibbutz bölgəsindəki yeraltı tunel vasitəsilə İsrailin şimalına sızıblar. İsrail hərbçiləri onlara atəş açıb və altı nəfəri öldürüb.


Əməliyyatın başqa təfərrüatı barədə məlumat verilmir.

Chosen
14
3
news365.az

4Sources