EN

Abşeronda rieltorun küçədə apardığı qazıntıya görə sakinlər əziyyət çəkirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonunda qanunsuz çəkilən kanalizasiya xətti avtomobil yolunu bağlayıb, evlərə gedən su xəttlərini zədələyib. Hazırda kanalizasiya suları evlərin ətrafından axır.
Sakinlər iddia edirlər ki, qanunsuz işi görən Bəxtiyar Əsədov adlı rieltordur.
İddiaya görə o, bir aydan çoxdur yolu qazaraq satış məqsədilə tikdiyi evlərin kanalizasiya xəttlərini çəkmək istəyib. Ancaq gördüyü iş ətrafda yaşayan sakinlərə ziyan vurub. Yol qazılıb və kanalizasiya suları axır.
Abşeron Su Meliorasiya Sistemləri İdarəsindən isə "Xəzər Xəbər"ə bildirilib ki, Masazırın Akim Abbasov küçəsindəki vəziyyətlə bağlı müraciət daxil olub. Ancaq orada bir rieltor heç kəsə məlumat vermədən qanunsuz olaraq iş görüb. Mövcud vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Ətraflı süjetdə:
Chosen
39
50
oxu.az

10Sources