EN

"Onun qələbəsi ABŞ-nin sonu olacaq" - Mask

İlon Mask hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.   Manset.az APA-ya istinadən xəbər verir ki, İlon Mask bu haqda “X” hesabında danışıb. Belə ki, milyarder demokratların qalib gələcəyi təqdirdə ABŞ-ın birpartiyalı sosialist dövlətinə çevriləcəyini bildirən nəşri şərh edib.

Qeyd edək ki, Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı iyul ayında baş vermiş sui-qəsd cəhdindən sonra seçki mübarizəsində açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp Maska 1 milyarddan çox baxış toplayan müsahibə verib.

Chosen
11
13
manset.az

10Sources