EN

Paraşütçü idarəetməni itirərək yerə çırpılıb

Qubada paraşütçü uçuş zamanı qəza edib.

“İki sahil” xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəmdində baş verib. Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb. Hadisə nəticəsində sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
17
39
ikisahil.az

10Sources