EN

Azərbaycanda FACİƏ: Paraşütçü yerə çırpılıb öldü

Azərbaycanda paraşütçü faciəli şəkildə ölüb. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Quba rayonunda baş verib. 

Uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olan, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb və aldığı xəsarətlərdən şoka düşərək ölüb. 

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.


Chosen
12
9
news24.az

10Sources