EN

Daha bir DSX hərbçisi bədbəxt hadisə nəticəsində həyatını itirib

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, oktyabrın 5-də Ucarda minik avtomobili yolu keçmək istəyən Göyçayın Alpoud kənd sakini Elçin İslamovu vurub.

1997-ci il təvəllüdlü piyada aldığı xəsarətlərdən vəfat edib. O, Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu imiş və Cəbrayıl rayonunda xidmət edirmiş.

Qeyd edək ki, eyni gün Şəmkir rayonunda da DSX giziri balıq tutarkən Kür çayına düşərək boğulub.

Hadisə ötən gün Kür çayının Şəmkir rayonun Kür qəsəbəsindən keçən hissəsində baş verib.

Kəlbəcər rayon sakini, DSX giziri, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Kürdə batıb.

Tural Əhmədov

Chosen
2644
unikal.az

1Sources