EN

Livandan atılan raketlər nəticəsində İsraildə yaralananlar olub

Livanın cənubundan İsrailin şimalındakı Hayfa və Tiberiya şəhərlərinə atılan raketlər nəticəsində 7 nəfər yaralanıb. Şəhər mərkəzi ilk dəfə hədəfə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın verdiyi məlumatda, raketlərin Hayfanın mərkəzindəki Karmel və körfəz bölgələrinə düşməsi nəticəsində 6 nəfərin orta və yüngül yaralandığı bildirilib.

Bildirilib ki, yaralılar müalicə olunmaq üçün şəhərin Rambam xəstəxanasına yerləşdirilib. Raketin İsrailin şimalındakı Tiberiya şəhərinə düşməsi nəticəsində bir nəfərin "orta və ya ağır" yaralandığı bildirilib.

İsrail ordusu 2023-cü il oktyabrın 8-də Hizbullahla münaqişə başlayandan bəri ilk dəfə olaraq Livanın cənubundan Hayfanın Karmel və Körfəz bölgələrinə 15 raket atıldığını müşahidə etdiyini açıqlayıb. Hizbullah Hayfanın ətraf ərazilərinə dəfələrlə reket hücumları təşkil etsə də, bu, ilk dəfədir ki, şəhər mərkəzi hədəfə alınır.

Chosen
8
sia.az

1Sources