EN

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud ağır xəstədir

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud pnevmoniyaya görə tibbi müayinədən keçir. 88 yaşlı monarxın vəziyyətinin təfərrüatları dəqiqləşdirilməyib.

Salman bin Əbdüləziz Əl Səud may ayında analoji müayinədən keçmiş və həkimlər ona pnevmoniya diaqnozu qoymuşdular.

Xatırladaq ki, Salman bin Əbdüləziz Əl Səud Kral Əbdüləziz Əl Səudun 25-ci oğludur. 2011-ci ilin noyabrında o, Səudiyyə Ərəbistanının müdafiə naziri təyin edilib. O, 2015-ci ilin yanvarında kral taxtına çıxıb. Böyük Britaniyanın 96 yaşlı kraliçası II Elizabetin ölümündən sonra Salman bin Əbdüləziz Əl Səud dünyanın ən yaşlı monarxı sayılır.

//Samir Qurbanov, Editor.az

Chosen
6
2
editor.az

3Sources