EN

Dövlət Agentliyinin sədri: Son 2-3 ildə Kliniki Tibbi Mərkəzdə müsbətə doğru xeyli dəyişikliklər baş verib

"Son 2-3 il ərzində Kliniki Tibbi Mərkəzdə müsbətə doğru xeyli dəyişikliklər baş verib. İnsanlarda bu xəstəxana ilə bağlı məmnuniyyət səviyyəsi artmağa başlayıb. İstərdik ki, bundan sonra da Kliniki Tibbi Mərkəz ən aparıcı xəstəxana adını daşıya bilsin".

“İki sahil” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Kliniki Tibbi Mərkəzin təsis edilməsinin 110-cu ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən deyib.

Z.Əliyev bildirib ki, Kliniki Tibbi Mərkəzə özəl xəstəxanalardan, Türkiyədən gənc həkimlər axışır: "Bu həkimlər mərkəzdə həvəslə çalışırlar. Onlardan istəyimiz odur ki, hər zaman xəstələrə ürəklə xidmət göstərsinlər", - deyə Z.Əliyev bildirib.

Chosen
4
1
ikisahil.az

2Sources