EN

10 il sonra 10 avtomobildən6-7-i elektromobil olacaq- VİDEO

2 il öncə elektromobillərin ölkəyə idxalı gömrük rüsumlarından tam azad edildi. Bu qərardan sonra ölkəyə ixdal edilən elektrik mühərrikli avtomobillərin sayı artmağa başladı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib.

Ekspert İlqar Hüseynli deyir ki, elektrik mühərrikli avtomobillərin idxal tempinin artması bu istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Elektromobillərin enerji doldurucularının idxalı və satışının da daha 2 il ƏDV-dən azad edilməsi bazarda yenidən canlanma yaradacaq.

Ekspert deyir ki, 10 il sonra şəhərdə qarşılaşdığımız hər 10 avtomobildən 6-7-nin elektromobil olacağı gözlənilir. Üstəlik gələcəkdə şəhərdə elektriklə işləyən avtobuslar da çox görünəcək. (FED.az)

Chosen
5
2
avtosfer.az

3Sources