EN

İranda uçuşlar bərpa edilib

İranda

İranda axşam saatlarında ləğv ediləcəyi açıqlanan uçuşların təhlükəsiz şərait təmin edildikdən sonra yenidən həyata keçirildiyi bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “ensonhaber.com” xəbər saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, İran dövlət televiziyasının xəbərində İran Mülki Aviasiya İdarəsinin uyğun və təhlükəsiz uçuş şəraitini təmin etdikdən sonra əvvəllər elan edilmiş bütün məhdudiyyətləri ləğv etdiyi qeyd olunub. Həmçinin Tehran Beynəlxalq İmam Xomeyni hava limanından uçuşlara icazə verilib.

Məlumatda eləcə də hazırda daxili və beynəlxalq uçuşlar üçün heç bir məhdudiyyət olmadığı bildirilib.

Qeyd eədk ki, İranın Mülki Aviasiya İdarəsi əməliyyat məhdudiyyətləri səbəbindən axşam saat 21:00 ilə oktyabrın 7-i bazar ertəsi 06:00-a qədər planlaşdırılan uçuşların ləğv edildiyini açıqlamışdı.

Chosen
4
2
xalqcebhesi.az

3Sources