EN

"Unutmayaq ki, rəqib "Mançester Yunayted" idi" - Unai Emeri

"Aston Villa"nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 7-ci turunda "Mançester Yunayted"lə etdikləri heç-heçəni (0:0) dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, Birmingem təmsilçisinin rəsmi saytı onun sözlərini belə çatdırıb:

"İlk yarıda oyuna istədiyimiz şəkildə nəzarət edə bilmirdik. İkinci yarıda bəzi mövqelərdə dəyişikliklər etdik və birinci hissədəkindən daha yaxşı göründük. Fasilədən sonra oyuna nəzarət edir, rəqibin srətli çıxışlarının qarşısını almağı bacarırıdıq. Düzdür, ikinci hissədə onların real qol şansı oldu və endirkləri zərbədən sonra top qapı tirinə dəydi. Amma ümumilikdə ikinci hissədə daha yaxşı oynadıq. Matçın sonlarında qol vurmağa yaxın idik. Bununla belə, heç-heçəni hər iki tərəf üçün ədalətli nəticə sayıram. Unutmayaq ki, rəqib "Mançester Yunayted" idi və biz hazırda turnir cədvəlində ilk "5-lik"də mövqe tutmuşuq. Ən yaxşı 5 komanda arasında olduğumuz üçün xoşbəxtik. Komandanı formalaşdırmağa davam etməli və liqada uğur qazanmağa çalışmalıyıq".

Nihat 

Chosen
10
fanat.az

1Sources