EN

Gürcüstan parlamentində Zurabaşvilinin impiçmenti yenidən müzakirə ediləcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduru başladacaq.

Bu barədə parlamentin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

O, parlament çoxluğu olan “Gürcü Arzusu”nun ölkə prezidentinə qarşı impiçment prosedurunu yenidən başlatmaq qərarına gəldiyini, Zurabişvilinin yeni çağırış parlamentin ilk sessiyalarında azı 100 səslə impiçment ediləcəyini qeyd edib.

Papuaşvili Zurabişvilinin konstitusiyanı pozduğunu, lakin “radikal müxalifət” nümayəndələrinin dəstəyi ilə öz vəzifəsində qaldığını əlavə edib.

APA

Chosen
2
4
herbiand.az

5Sources