EN

“Xaç atası” koronavirusdan ölə bilərmiş: “Ağ işıq...”

Məşhur aktyor Al Paçino 2020-ci ildə COVID-19-dan ölə bilərmiş. 

Hətta bir neçə dəqiqə ərzində nəbzi vurmayıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “New York Times” və “People” jurnalına verdiyi müsahibədə danışıb. 

84 yaşlı "Xaç atası" peyvənd olmadan 2020-ci ildə yaşadığı COVID-19 təcrübəsindən danışıb.

“Dedilər ki, nəbzim yoxdur. Belə deyirdilər ki, sən burdasan, amma əslində yoxsan. Düşündüm ki, vay, heç xatirələrim də yoxdur.

Qəribə bir qarışıq hisslər idi”,-deyə AL Paçino “New York Times”-a bildirib.

Aktyor özünü "xəstə hiss etdiyini, amma qeyri-adi xəstə olduğunu" deyib: “ Huşumu itirməzdən əvvəl qızdırmam vardı. Təcili yardım gəldi və mən qonaq otağında həkimlərin əhatəsində ayıldım. 

Onların üzərində elə bir kostyum var idi ki, sanki kosmosdan gəlmişdilər. Gözlərimi açıb bunu görmək bir az şok yaratdı. Hamı mənim ətrafımda idi və dedilər: “O qayıtdı. O buradadır””.

Həmin an Al Paçino tibb bacısından nəbzinin olub-olmadığını, həqiqətən ölüb-ölmədiyini soruşüb: 

“Öldüyümü düşündüm. Bəlkə də ölməmişdim. Amma hamı mənim öldüyümü düşünürdü”.

Oskarlı aktyor “New York Times” qəzetinə deyib ki, o, "ağ işıq və ya tunel kimi heç bir şey görməyib".

İnsanlar ondan ölümlə çırpışmasının həyat tərzini dəyişib-dəyişdirmədiyini soruşduqda, o, "Qətiyyən yox" cavabını verib. 

Chosen
24
cebheinfo.az

1Sources