EN

Beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır - Kamran Həbibov

Bakı. Trend:

Beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanda fəaliyyətləriniinkişaf etdirməkdə maraqlıdır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasınınsədri, "Hellmann Worldwide Logistics" MMC-nin direktoru KamranHəbibov "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyətvə çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumundabildirib.

K.Həbibov, ölkənin logistika sektorunun daha da inkişafınınəhəmiyyətini vurğulayıb.

"Azərbaycandan keçən tranzit həcmlərinin daim artdığını müşahidəedirik. Lakin, mənim fikrimcə, indi növbəti addım atmağın vaxtıdır.Biz Azərbaycanı regional ticarət mərkəzinə çevirməliyik. Bu, buradaregional anbarlar və paylama mərkəzləri təşkil etmək istəyən qlobalistehsalçıların cəlb edilməsi üçün şərait yaratmağı tələb edir.Buradan mallar yalnız Cənubi Qafqaz ölkələrinə deyil, həm dəMərkəzi Asiya dövlətlərinə yayıla bilər. Ümumilikdə, beynəlxalqnəqliyyat şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdəmaraqlıdır", - o qeyd edib.

Onun sözlərinə görə, belə tədbirlər ticarət və logistika daxilolmaqla, bütün iqtisadi sektorların inkişafı üçün stimullaşdırıcırol daşıyacaq.

K.Həbibov, həmçinin, bu sahədə investisiyaların cəlb olunmasınakömək edəcək xüsusi investisiya proqramlarının hazırlanmasınınzəruriliyini vurğulayıb. O, İqtisadiyyat Nazirliyi tərəfindənhəyata keçirilən istehsala dəstək üzrə proqramları nümunə olaraqgöstərib.

"Logistika bazarının iştirakçıları, o cümlədən nəqliyyatvasitələrinin və anbar komplekslərinin sahibləri üçün investisiyastimulları yaratmaq da vacibdir. Bu, xərcləri yüksək olan rəqəmsalhəlləri tətbiq etmədə çətinliklərlə üzləşən Kiçik və Orta Biznes(KOB) üçün xüsusilə önəmlidir. Biz onların dəstəklənməsi vəstimullaşdırılması üçün geniş proqramların hazırlanmasını nəzərdənkeçirməliyik", - Assosiasiyanın sədri əlavə edib.

Chosen
23
az.trend.az

1Sources