EN

ISW Pokrovskidə rus texnikalarının itkilərini açıqladı: Ən azı 5 diviziya

Müharibə Araşdırmaları İnstitutu (ISW) növbəti hesabatını yayıb. Hesabatda qeyd edilib ki, ruslar Pokrovski istiqamətində bir il ərzində ən azı beş zirehli texnika və tank bölməsini itiriblər.

“Oktyabrın 4-də Ukraynada Rusiya maşın və texnikasının vizual təsdiqlənmiş itkilərini izləyən "X" istifadəçisi təsdiqləyib ki, Rusiya qoşunları 2023-cü il oktyabrın 9-dan Pokrovski rayonunda 1830 ağır texnika itirib... Pokrovskidə hücum əməliyyatları zamanı Rusiya qoşunları ümumilikdə 539 tank (təxminən bir divizya və bir də onun yarısı) və 1020 piyada döyüş maşını (təxminən 4-5 motoatıcı diviziya) itirib. Ukrayna qoşunları 381 tank və 835 zirehli texnikanı məhv edib”, - məlumatda deyilir.

Bundan başqa, onun sözlərinə görə, Rusiya qoşunları həmçinin 26 piyada maşını, 22 reaktiv yaylım atəş sistemi (MLRS), 11 yedəkli artilleriya sistemi və 92 zirehli yük maşını itirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
4
news365.az

1Sources