EN

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftənin son ticarət günündə Amerikada proqnozların çoxüzərində açıqlanan əmək bazarı, xüsusilə də “NFP” hesabatı fonundadollar major valyutalar qarşısında kəskin bahalaşdı.

Həmçinin, Avrozonada və Almaniyada azalan inflyasiya, eləcə də,həm sənaye, həm də xidmət sekrotlarında zəifləyən Biznes Aktivliyiİndeksi göstəricilərinin dərcindən sonra EURUSD və GBPUSDməzənnələri müvafiq olaraq 1.0950 və 1.3070 hədlərinə kimi kəskinucuzlaşdı.

Keçən həftə ərzində 141.640 yen həddinə qədər ucuzlaşan USDJPYməzənnəsi də, cümə günü Amerikada artımla açıqlanan əmək bazarıgöstəricilərindən sonra kəskin bahalaşdı və həftəlik şamını 148.660yen səviyyəsində bağladı.

Bu həftə ərzində, bütün diqqətlər çərşənbə günü FederalEhtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin (FOMC) sontoplantısının dərc olunacaq protokollarına, cümə günü Amerikadaaçıqlanacaq istehlak və istehsal qiymətlərində inflyasiyagöstəricilərinə (CPİ, PPİ) yönələcək.

Bundan başqa, İngiltərədə açıqlanacaq ÜDM-in həcmi, Almaniyadaİstehlak Qiymətləri İndeksi, Ticarət Saldosu və Yeni ZellandiyaMərkəzi Bankının faiz qərarı kimi mühim iqtisadi göstəricilər buhəftənin iqtisadi təqvimində yer alır.

EUR

Cari həftə ərzində Almaniyada CPİ, Ticarət Saldosu göstəriciləriavronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

Ötən həftəyə 1.1150 səviyyəsində start verən EURUSD məzənnəsibahalaşaraq 1.1210 həddini test etsə də, Amerikada proqnozlarınüzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda kəskinucuzlaşdı və həftəlik şamını 1.0970 həddində bağladı.

“Buğalar” qiyməti 1.10$ həddinin üzərinə qaytara və bu həddinüzərində saxlaya bilsələr, artım tendensiyası bərpa ediləbilər.

GBP

Keçən həftəyə 1.3360 səviyyəsində başlayan GBPUSD məzənnəsi1.3420 həddinə kimi bahalaşsa da, həftənin son ticarət günündəucuzlaşdı və həftəlik şamını 1.3110 səviyyəsində tamamladı.

Cari həftə ərzində İngiltərədə dərc olunacaq ÜDM-in və sənayeistehsalınının həcmi, eləcə də, Ticarət Saldosu gösətəricilərifunt-sterlinqin dünya birjalarındakı qiymətlərinə ciddi təsir edəbilər.

“Buğalar” qiyməti 1.32$ həddinin üzərinə qaytara və bu həddinüzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edəbilər.

OİLUK

Ötən həftəyə 72.50$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK)həftə ərzində 70.66$-a kimi ucuzlaşsa da, Yaxşın Şərqdə gərginliyinartması, İran və İsrail arasında hərbi ritorikanın yüksələn xəttlədavam etməsi fonunda “qaraq qızıl” 79.90$-a kimi bahalaşdı.

Həftəlik şamını 78.70$-da bağlayan OİLUK-də “buğalar” qiyməti80$-ın üzərinə yüksəldə və burada saxlaya bilsələr, artımtendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

Keçən həftəyə 2660$ həddində start verən qızıl 2625$-a kimiucuzlaşsa da, artan geosiyasi risklər səbəbilə “güvənli liman”missiyasını davam etdirdi. Həftə ərzində 2673$-a kimi bahalaşan“sarı metal” həftənlik şamını 2653.60$ səviyyəsində bağladı.

“Buğalar” qiyməti 2650$ həddinin üzərində qoruyub saxlayabilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və yawww.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətininfəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindəntənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylılisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti(forex), fərdi investorların portfelinin idarə edilməsi, marketmeykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyətgöstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupunadaxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilənməlumatlar əsas götürülməklə, həyata keçirilən investisiyaəməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Chosen
3
10
az.trend.az

10Sources