EN

"Azərsun Holdinq": "Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur"

Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi iş adamlarına dəstək ola bilər.

FED.az xəbər verir ki, bu barədə Azərsun Holdinqin baş icraçı direktoru Savaş Uzan "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

"Yaxın vaxtlara qədər qeyri-neft-qaz sektoruna aid məhsulların ixracının stimullaşdırılması məqsədilə malın dəyərinin 3-6 %-i qədər ixrac təşviqi ödənilib. Məbləğ az görünə bilər, lakin sahibkarlar üçün böyük puldur. Biz xarici bazarda rəqabətli olmaq istəyiriksə, bu kimi məsələləri nəzərə almalıyıq. Nəzərə alınmalıdır ki, ixracatçılar ölkədə məhsullar satmaqla yanaşı, həm də ölkəyə valyuta gətirirlər", - deyə o qeyd edib.

Chosen
12
fed.az

1Sources