EN

"Rusiyaya təzyiqimizi artıracağıq, yalnız güclə sülhü yaxınlaşdırmaq olar" - Zelenski

 
"Kursk əməliyyatı bütün cəbhə xəttinə təsir göstərib və bundan sonra da göstərəcək..."
 
Ukraynalılar sübut edib ki, müharibəni Rusiya ərazisinə keçirə bilir, Qərb tərəfdaşlarımızın dəstəyi ilə isə düşmənə daha çox təzyiq edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində deyib. Məlumatı "5.ua" nəşri yayıb.
 
O, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə söhbət etdiyi barədə məlumat verib.
 
"Rusiya müharibənin ona heç nə verməyəcəyini hiss etməlidir. Baş Komandan digər hərbçilər, Müdafiə Nazirliyini  nümayəndələri ilə birlikdə bu həftə tərəfdaşlarımızla Qələbə planının hərbi və strateji təhlükəsizlik bəndlərinin detalları üzərində işləyəcək", - o, məlumat verib.
 
Zelenski həmçinin qeyd edib ki, Kursk əməliyyatı müharibənin çox mühüm mərhələsidir, çünki bu əməliyyat "dövlətimizə xeyli kömək edib və gələcəkdə kömək edəcək".
 
"Mən Ukraynanın mübadilə fondunu doldurmaq üçün əlindən gələnləri edən döyüşçülərimizə, hər bir bölməmizə minnətdarlığımı bildirirəm. Bizim Kursk əməliyyatımız ukraynalıların əsirlikdən azad edilməsi üçün mübadilə fonduna ən böyük tövhələrimizdən biridir. Bu, çox vacibdir. Biz Rusiyaya daha da güclü təzyiq göstərəcəyik, çünki yalnız güclə sülhü yaxınlaşdırmaq olar", - Zelenski vurğulayıb.
 
Kursk əməliyyatı - son xəbərlər
 
Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı Kursk əməliyyatının gedişində USQ-nin son uğurlarını açıqlayıb. O cümlədən, Ukrayna aviasiyası, raket qoşunları və Müdafiə Qüvvələrinin artilleriyası Rusiya ordusunun şəxsi heyəti, silahları və hərbi texnikasının cəmləşdiyi 7 rayonu məhv edib.
 
Həmçinin xəbər verilib ki, USQ Kursk vilayətində daha bir döyüş tapşırığını icra edəcək. Hərbi ekspert Roman Svitanın sözlərinə görə, regionda aparılan əməliyyat bütün cəbhə xəttinə təsir göstərib və bundan sonra sa təsir göstərəcək.
Chosen
31
moderator.az

1Sources