EN

Azərbaycanda 500 mindən çox sənədsiz ev, tikinti var

Ölkə ərazisində 500 mindən artıq qeydiyyatsız, sənədsiz ev, tikinti mövcuddur.

News365.az xəbər verir ki, bunu Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

O qeyd edib ki, bu tikintilər müəyyən şirkətlərin istifadəsində olan, kənd təsərrüfatına yararlı və digər təyinatlar üçün nəzərdə tutulan torpaqlarda aparılıb.

"Ancaq onlar müvafiq hüquqi sənədlər əldə edə bilmirlər. "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanı hökumətə torpaqların kateqoriyasını dəyişdirməyə imkan yaradacaq. Bu da həmin insanların rahatlığı üçün evlərinin sənədləşdirilməsi baxımından çox əhəmiyyətlidir", - Komitə sədri "Sputnik"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, görülən işlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun aparılmalıdır:

"Son illər qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən torpaq sahələri bir kateqoriyadan digər kateqoriyaya keçirilib. Bu addım dövrün tələbindən irəli gəlir və yeni, çox mühüm infrastruktur layihələrin həyata keçirilməsi ilə əlaqədardır. Torpaq ehtiyatlarından və bu kateqoriyaların dəyişdirilməsindən həm insanlar, həm də dövlət faydalanmalıdır. Ona görə də dövlət başçısının imzaladığı bu sənəd çox mühüm əhəmiyyət daşıyır və insanlar tərəfindən yüksək qiymətləndirilir".

Chosen
2
3
news365.az

4Sources