EN

Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşıb (FOTO)

Bakı. Trend:

  • COP29 Sədrliyi və “British Council” təşkilatı ilə tərəfdaşlıqçərçivəsində “İqlim dəyişmələri üzrə Azərbaycanuniversitetləri şəbəkəsi” (AUNCC) adlı yeni təşəbbüsəstart verilir.
  • Metan emissiyalarının sürətlə azaldılması sahəsində kardinaldəyişikliyə təkan vermək üçün bir araya gələn aparıcı alimlər,texnologiya təchizatçıları, sənaye liderləri və hökumətrəsmilərinin əsas müzakirə mövzusu metan emissiyalarınınazaldılmasıdır.
  • COP29 ərəfəsində 700-dən çoxiştirakçının ölkəyə səfər etməsi, 30-dan çoxtədbirin keçirilməsi və elan olunan mühüm yeniliklərqlobal iqlim fəaliyyəti çərçivəsində Azərbaycanın lider mövqeyinidaha da möhkəmləndirib.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) COP29 ərəfəsində ambisiyalıöhdəliklər və innovativ təşəbbüslərlə yekunlaşıb və qlobal iqlimfəaliyyəti çərçivəsində Azərbaycanın lider mövqeyini daha damöhkəmləndirib. Cari ilin 30 sentyabrından 4 oktyabr tarixinə kimidavam edən bir həftəlik toplantıda 700-dən çox nümayəndəniniştirakı ilə 30-dan çox tədbir keçirilib. Beynəlxalq iqlimekspertləri, hökumət rəsmiləri, gənclər və özəl sektor liderlərinibir araya gətirən bu tədbirlərdə “yaşıl” maliyyə, ədalətli keçid,metan emissiyalarının azaldılması, su və dayanıqlı qida sistemləri,eləcə də digər mövzular müzakirə olunub.

Diqqəti cəlb edən əsas məqamlara Qabaqcıl Gündəlik çərçivəsindəilk müstəqil kənd təsərrüfatı hesabatının təqdim edilməsi daxildir.Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi(FCDO) və BMT-nin İqlim üzrə yüksək səviyyəli çempionu ilətərəfdaşlıq çərçivəsində Kənd təsərrüfatında beynəlxalq elmiaraşdırmalar üzrə Məşvərət qrupunun (CGIAR) rəhbərliyi iləhazırlanmış bu hesabatda qlobal iqlim məqsədlərini dəstəkləmək üçünkənd təsərrüfatı sektorunun transformasiyası baxımından tələbolunan mühüm addımlar təsvir olunub. Hesabat Beynəlxalq EnerjiAgentliyi və İqlim üzrə yüksək səviyyəli çempionlar tərəfindən buyaxınlarda dərc edilmiş Qabaqcıl Gündəlik Hesabatını tamamlayır vəqida təhlükəsizliyi, innovasiya, eləcə də davamlılığı təminetməklə, kənd təsərrüfatının dekarbonizasiyası üzrə strategiyalarıön plana çəkir. Sözügedən hesabat kənd təsərrüfatı sənayesindədayanıqlı təcrübələrin geniş tətbiqi üçün mühüm mənbədir.

Gənclərin də iştirakını təşviq etmək məqsədilə Bakı İqlimFəaliyyəti Həftəsi çərçivəsində “İqlim dəyişməsi üzrəUniversitetlər şəbəkəsi” təşəbbüsünə start verilib. Bu, gələcəknəslin iqlim həlləri və keçid səylərində fəal rol oynamasına imkanyaratmaq üçün nəzərdə tutulmuş yeni platformadır.

Gənclərin iqlim fəaliyyətində iştirak etməsinin vacib olduğunubir daha vurğulayan “Dayanıqlı Gələcək: Gənclərin Yaşılİnnovasiyaları” tədbiri gənc sahibkarlara öz “yaşıl”innovasiyalarını potensial investorlara təqdim etmək üçün platformayaradıb. Gün ərzində iqlim problemlərinin həllinə yönəlmişdayanıqlı ideyalarını təqdim edən gənc liderlərdən ibarət üçkomanda uğurlu layihələrə görə yüksək mükafata layiq görülüb.Beləliklə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesinİnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Elm və TəhsilNazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbir “yaşıl”innovasiyaların idarə edilməsində Azərbaycan gənclərinin dinamikrolunu nümayiş etdirib.

İncəsənət, mədəniyyət və iqlim arasındakı əlaqəni vurğulayanBakı İqlim Fəaliyyəti Həftəsində tanınmış fotojurnalist Reza Deqativə “The Landmark” oteli ilə tərəfdaşlıq çərçivəsində R. DeqatininBakı şəhərinin mühüm transformasiyasını əks etdirən “CaspianDreams” adlı fotosərgisinə baxış keçirilib.

Həftə iqlim dəyişməsi, sağlamlıq, rifah və aktiv həyat tərziarasında əlaqəni vurğulayan Bakı Bulvarı boyu “Walk the Talk”(“Təbliğ etdiyini tətbiq et”) iqlim fəaliyyəti yürüşü iləyekunlaşıb.

Bakı İqlim Fəaliyyəti Həftəsinin uğuru gələn il Rio-de-Janeyroşəhərində oxşar səylərin həyata keçirilməsinə ilham vermiş oldu.Rio İqlim Fəaliyyəti Həftəsinin (#RCAW) 2025-ci ilin noyabrındaBraziliyanın Belem şəhərində keçiriləcək COP30-dan əvvəl həyatakeçirilməsinə dair müzakirələr davam edir.

Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes qeyd edib: “Bakı kimiRio-de-Janeyro da daha yaşıl gələcəyin təqdim etdiyi imkanlardanistifadə etməklə yanaşı, iqlim dəyişməsinə qarşı təcili tədbirlərinvacibliyini də dərk edir. Mən Bakının təhlükəsiz, dayanıqlı vədavamlı gələcəyin formalaşdırılmasına kömək etmək üçün şəhər,biznes və icmaları bir araya gətirən Bakı İqlim FəaliyyətiHəftəsinə ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirirəm.Rio şəhəri yaşıl keçidi sürətləndirmək və COP29-dan Braziliyadakeçiriləcək COP30-a körpü salmaqda estafeti qardaş Bakı şəhərindənalmağı səbirsizliklə gözləyir.”

Bakı İqlim Fəaliyyət Həftəsində (BCAW) əldə olunan iddialınəticələr və əməkdaşlıq əlaqələri Azərbaycanın iqlim fəaliyyətindəqlobal lider mövqeyini bir daha təsdiqləyib.

Beləliklə, BCAW noyabrda keçiriləcək COP29 çərçivəsindəAzərbaycanın ambisiyaları artırması və fəaliyyətə təkan verməsiüçün münbit zəmin yaradıb.

Ətraflı məlumat: https://bakuclimateactionweek.org/en/main

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Chosen
16
7
az.trend.az

8Sources