EN

Roman Qriqorçuk "Neftçi"dən ayrılmaq qərarına gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Neftçi" baş məşqçisi Roman Qriqorçukla yollarını ayırır.
Oxu.Az Dynamomania.com-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib. O, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.
Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində "Neftçi" ilə ikiillik müqavilə imzalamışdı.
Chosen
20
50
oxu.az

10Sources