EN

Dəhşətli qəzada həlak olan gənc hərbi xidmətə yola DÜŞƏCƏKMİŞ

Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az xəbər verir ki, ağır bədən xəsarətləri alan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov hadisə yerində həlak olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onların müalicəsi davam edir.

Son Yazılar:

Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. O, gələn ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş (qaynarinfo.az). 

Chosen
11
7
viral.az

10Sources