EN

Rusiya Nazirlər KabinetindənTƏCİLİ QƏRAR

Rusiyanın Belqorod, Bryansk və Kursk vilayətlərinin ərazilərindən təxliyə edilənlər təhsil və ixtisas sənədləri təqdim etmədən tam ştatlı iş tapa biləcəklər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda  müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

“Hökumətin qərarı ilə biz normaları dəyişəcəyik ki, işəgötürənlər belə işçiləri tam ştatlı işə keçirə bilsinlər. Təbii ki, bunu əməkhaqqında nəzərə alacaqlar”, - Nazirlər Kabinetinin mətbuat xidməti Mişustindən sitat gətirib.

Onun sözlərinə görə, bu yanaşma artıq Rusiyanın dörd yeni regionundan olan vətəndaşların, eləcə də Ukraynadan Rusiyaya təcili köçənlərin işə qəbulunda tətbiq edilib.

Chosen
14
ikisahil.az

1Sources