Kredit borcu gecikən kimi banklar tərəfindən borclu şəxsin ya ailə üzvləri, ya da zaminləri ilə əlaqə saxlanılır.
Bəs bu nə dərəcədə doğrudur?
News365.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun
sözlərinə görə, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin
yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.
Hüquqşünas deyir ki, əgər borclunun özü bildirsə ki, onunla əlaqə saxlamaq
mümkün olmayanda yaxınları ilə əlaqə yaradılsın, o zaman artıq bank sirrinin
pozulmasından söhbət gedə bilməz. Çünki borclu özü bu istiqamətdə müsbət rəy
verib. Lakin bu halda belə bank da sübut etməlidir ki, həqiqətən də məhz borclu
imzası ilə bu məlumatı verib.
Əkrəm Həsənov onu da qeyd edib ki, ölkədə artıq bu cür işlər üzrə məhkəmə
praktikası da mövcuddur.