Dövlət rqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.
News365.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinqinin nəticəsində məlum olub.
Bildirilib ki, günün birinci yarısında 25 mərkəzi icra hakimiyyəti orqanının hər iki kommunikasiya xətti üzrə cavab verilmiş zənglər 66.5% (300 zəng), cavab verilməmiş zənglər 33.5% (151 zəng) təşkil edib. Günün ikinci yarısında edilən zənglərin ümumi olaraq 70.3%-nə cavab verilib (317 zəng), 29.7%-nə (134 zəng) cavab verilməyib.
Stasionar nömrələrə edilən ümumi zənglərin 47.3%-i (229 zəng)
cavablandırılıb, 52.7%-i (255 zəng) cavablandırılmayıb.
Ümumilikdə, qaynar xətlər üzrə cavab verilmiş zənglər 92.8% (388 zəng), cavab
verilməmiş zənglər 7.2% (30 zəng) təşkil edib.
Stasionar nömrələrə günün birinci yarısında edilən zənglərin
45.0%-nə cavab verilib, 55.0%-nə cavab verilməyib. Qaynar xətlərə günün birinci
yarısında edilən zənglərin 91.4%-nə cavab verilib, 8.6%-nə cavab verilməyib.
Stasionar nömrələr üzrə günün ikinci yarısında cavab verilmiş zənglər 49.6%,
cavab verilməmiş zənglər 50.4% təşkil edib. Günün ikinci yarısında qaynar xətlər
üzrə zənglərin 94.3%-i cavablandırılıb, 5.7%-cavablandırılmayıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Monitorinq çərçivəsində stasionar nömrələrə edilən zənglərin
18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib.
Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin
cavablandırılmasında orta müddət 9 saniyə, günün ikinci yarısında 53 saniyə
olub.
Nazirliyin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında
yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında
qaynar xəttə edilən bütün zənglərə cavab verilib.
Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 1 dəqiqə 14 saniyə,
günün ikinci yarısında 46 saniyə olub.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Stasionar əlaqə vasitəsinə günün birinci və ikinci yarısında
edilən bütün
zənglərin mütləq əksəriyyətinə - 86.4%-nə cavab verilib, 13.6%-nə cavab
verilməyib. Stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta
müddəti günün birinci yarısı üzrə 20 saniyə, günün ikinci yarısı üzrə 27 saniyə
olub.
Qaynar xətt son üç ildə yüksək operativ fəaliyyətini davam
etdirərək günün birinci və ikinci yarısı üzrə bütün zəngləri cavablandırıb.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında zənglərin
cavablandırılmasında orta müddət 2 saniyə olub.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Stasionar nömrəyə edilən zənglərin 59.1%-nə cavab verilib,
40.9%-nə cavab
verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə
cavab vermədə orta müddət 11 saniyə, günün ikinci yarısında 6 saniyə olub.
Qaynar xətt üzrə zənglərin 95.5%-nə cavab verilib, 4.5%-nə
cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət
1 dəqiqə 6 saniyə, günün ikinci yarısı üzrə 17 saniyə olub. Göründüyü kimi,
günün ikinci yarısında zənglərə daha tez cavab verilib.
Təhlillər stasionar nömrələrdən fərqli olaraq, qaynar xəttə günün birinci və
ikinci yarısında edilən zənglərə daha tez cavab verildiyini göstərib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Stasionar nömrələrə günün birinci və ikinci yarısında edilən
zənglərə
ümumiyyətlə cavab verilməyib.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 77.3%, cavabsız zənglər 22.7% təşkil edib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 1 dəqiqə 58 saniyə, günün ikinci yarısında 2 dəqiqə 32 saniyə olub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Stasionar nömrələrə edilən zənglərin 13.6%-nə cavab verilib,
86.4%-nə cavab
verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə
cavab vermədə orta müddət 19 saniyə, günün ikinci yarısında 44 saniyə olub.
Qaynar xətt üzrə cavab verilmiş zənglər 77.3%, cavab verilməmiş zənglər 22.7% təşkil edib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 11 dəqiqə 34 saniyə, günün ikinci yarısında 8 dəqiqə 5 saniyə təşkil edib. Günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında zənglərə 3 dəqiqə 29 saniyə gec cavab verilib. Hər iki kommunikasiya xətti üzrə təhlillər stasionar nömrələrlə müqayisədə qaynar xəttə edilən zənglərə daha tez cavab verildiyini göstərib. Aparılan təhlillər nəticəsində stasionar nömrələrlə müqayisədə günün birinci və ikinci yarısında qaynar xəttə edilən zənglərə daha gec verildiyi məlum olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may –
27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra
hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar
və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə
əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%)
cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul
olub və ya aktiv olmayıb.
Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının
kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli
şəkildə monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar
üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar
bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik
Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat
hazırlanıb.