EN

Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Sabir Məhərrəmov saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Moderator.az-a verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
 
Məhkəmənin qərarı ilə S.Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.

 

Chosen
3
3
moderator.az

5Sources