EN

Bəhlul Mustafazadə millinin heyətindən çıxarıldı

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

News365.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 27 yaşlı müdafiəçinin zədəsi olub.

Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniyaya, ayın 14-də isə Bakıda Slovakiya kollektivləri ilə qarşılaşacaq.

 

Chosen
4
17
news365.az

10Sources