İsrailin paytaxtı Təl-Əviv HƏMAS hərəkatı tərəfindən raket atəşinə tutulub.
Bizim.Media bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) da təsdiq edib.
SAXAL-ın açıqlamasında qeyd olunur ki, raket hücumu Qəzza sektorunun Xan Yunis rayonundan həyata keçirilib.
Qeyd olunur ki, hazırda Tel-Əvivdə və İsrailin mərkəzi hissəsində sirenlər səslənir.
Bizim.Media