Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.
Â
Senzor.az erməni mediasına istinadən bildirir ki, baş nazir Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib.
Â
Paşinyan qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşacağını gözlədiyini də vurğulayıb. O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib.
Â
Qeyd edək ki, oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin 72 yaşı tamam olur.