EN

Ceyhun Bayramov Rusiyadır: Diplomatik münasibətlərlə bağlı fikir alış-verişi aparılması yönündə əhəmiyyətli səfər

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərində işgüzar səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki. səfər çərçivəsində Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfəri Bakıvaxtı.az-a şəhh edən politoloq Tural İsmayılovun sözlərinə görə, Ceyhun Byramovun səfəri elə bir dövrdə baş tutur ki, Azərbaycan xarici işlər naziri təkcə MDB sammitində deyil, həm də ayrı-ayrılıqda Rusiyanın siyasi rəhbərliyi, həmçinin, birliyə daxil olan bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə də görüşlər keçirəcək:

"Son dövrlər Qərbdən, ABŞ və Avropadakı fondlardan Ermənistana dəstək, Azərbaycanın əleyhinə isə təbliğatlar həyata keçirilir. Belə bir dövrdə xüsusən Qərbin güclü anti-Azərbaycan ritorikasının artdığı, İrəvana "dəstəyin" gücləndiyi bir vaxtda Rusiya Ermənistandakı Avropa İttifaqının missiyası daxil olmaqla Qərb şəbəkələrinin aktivliyindən və fəallığından ciddi formada narazılığını və etirazını dilə gətirir”.

Müsahibimiz hesab edir ki. o baxımdan Ceyhun Bayramovun Moskva səfəri təkcə MDB-Azərbaycan əlaqələrinin gələcək konturlarının müzakirəsi baxımından deyil, həm də Azərbaycan-Rusiya diplomatik münasibətlərinin indiki vəziyyəti ilə bağlı fikir alış-verişi aparılması yönündə olduqca əhəmiyyətlidir.

Aydın Baxış

Chosen
20
bakivaxti.az

1Sources