EN

Məşhur dicey evində başı kəsilmiş halda tapıldı - FOTO

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində tanınmış DJ-lərindən 59 yaşlı Rikki Byukanan faciəvi şəkildə ölüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ilin əvvəlində evində başı kəsilmiş halda tapılan diceyin kim tərəfindən öldürülməsi hələ də sirr olaraq qalır.

Onun böyük qardaşı Con Byukenan “Sun” qəzetinə qardaşının cəsədini tapdığı anı danışıb.

Qonşusunun həyəcanlı şəkildə ona zəng etməsindən sonra evə gedən Con Rikkinin bədənini qəribə bir pozisiyada, başının isə təxminən 2.5 metr uzaqda olduğunu deyib.

"DJ Slick Rick" kimi tanınan Rikki illərdir anası ilə birlikdə "The Stage Shop" adlı canlı musiqi barını idarə edib. Oğlunun ölümündən üç ay sonra anası Nita Makris də kədərdən vəfat edib.

Hadisənin ən şokedici məqamlarından biri də polisin araşdırmasından günlər sonra ailənin evdə qanlı mişar bıçağı tapması olub.

Ailə Rikkinin quldurluq zamanı öldürüldüyündən şübhələnir. Conun fikrincə, evdəki qarışıqlıq və qardaşının cəsədinin vəziyyəti hücum edənlərin nəsə axtardığını göstərir.

Memfis polisi hələ də hadisəni "səbəbi müəyyənləşdirilməmiş ölüm" adlandırır.

Billurə Yunus

Chosen
22
olke.az

1Sources