AÇ-2026-ya hazırlıq məqsədi ilə millimiz noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, komanda Bosniya və Hersoqovina yığması ilə üz-üzə gələcək.
Oyunlar noyabrın 4-ü və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.