İsrail hərbçiləri Xan Yunis şəhəri və onun ətraf ərazilərində müvəqqəti və daimi yaşayan fələstinlilərə müraciət edərək, mümkün qədər tez evlərini tərk edərək sahildəki humanitar zonalara getməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Aviçai Edri məlumat verib.
“Biz Qəzza zolağının cənubundakı Bəni-Suheyla, Əl-Mahatta, Şeyx Nasir və Maan bölgələrində yaşayan hər kəsə müraciət edirik: HƏMAS-ın son hücumları və onlara cavab verilməsi zərurəti ilə əlaqədar olaraq, sizdən xahiş edirəm ki, dərhal bu əraziləri tərk edin və humanitar zonaya təxliyə olunasınız”, – Edri X-də yazıb.