EN

ZAUR MİKAYILOVUN ABŞERONLA BAĞLI PLANI:  yaxud təyinatların görünməyən tərəfləri...

Bu gün Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun vəzifədən azad edilməsi, yerinə isə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin olunması haqda xəbər yayılıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, bu xəbərdə yanlşlıq var.

Mia.az xəbnər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan Abşeron Suvarma Sistemləri İdarəsi ilə ləğv olunan "Azərsu" AC-nin tabeliyində olan Abşeron Sukanal İdarəsi bir müddət əvvəl birləşdirilərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yaradılıb.

Məlumata görə, yeni qurum Agentlik sədri Zaur Mikayılovun digər əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin tableiyinə deyil, Zakir Quliyevin sədri olduğu Regional Su Meliorasiya Xidmətinin sərəncamına verilib.

Mia.az-ın əldə etdiyi dəqiq məlumata görə, bundan sonra növbəti əmrlə  ləğv olunan Abşeron Sukanal İdarəsinin rəhbəri Fərmail Vəliyevlə "Suvarma"nın rəisi Yusif Ələsgərov vəzifələrindən azad olunub: "Düzdür, Fərmail Vəliyev azad edildikdən, daha doğrusu, özü bu dəyişiklikdən sonra sistemdən tamamilə uzaqlaşdı. Yusif  Ələsgərov isə iki qurumun birləşməsi nəticəsində yeni yaradılan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə baş mühəndis vəzifəsinə keçirilib. Yeni qurumun, yəni Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə isə vaxtilə "Azəriqaz" sistemində işləmiş, sonradan isə Şəmkirdə Suvarma Sitsemləri idarəsində rəis olan Etibar Nəbiyev gətirilib. Yəni, yuxarıda adıçəkilən Mirbəşir Ələsgərov yox. Onunla bağlı məsələ başqa cürdür, əslində. Mirbəşir Əlsəgərov  Etibar Nəbiyevdən əvvəl Şəmkirdə qeyd edilən idarənin rəisi işləyib. Görünür, məhz buna görə,  bugün onun barədə bir çox saytlar yanlış təyinatı xəbəri tirajlayblar. Əslində, Mirbəşirin Abşerobna hər hansı vəzifə təyinatı olmayıb. ".

Müsahibimiz deyir ki, yuxarıda qeyd edilən birləşmə faktiki olsa da, ola bilər hələ rəsmən hüquqi qüvvəyə minməyib: "Məhz bu səbəbə görə, yeni rəis Etibar Nəbiyevin təyinatı barədə xəbəri jurnalistlər dəqiqləşdirə bilməyiblər. Və həm təyinat, həm də idarə barədə səhv məlumatlar yayılıb. 

Yeri gəlmişkən, Etibar Nəbiyev Zaur Mikayılovun qudası ilə çox yaxındır və sözsüz ki, Şəmkrdən bura "transfer"ində bu dostluğun müstəsna rolu olub...".

Müsahibimiz onu da deyir ki, Etibar Nəbiyevin birləşdirilən bu nəhəng idarənin rəisi təyinatından sonra Abşeron su təsərrüfatı sahəsində "maraqlı proseslər" gedir: "Etibar Nəbiyev Abşeron Bağlar Sukanal İdarəsində mühəndis olan Həzrət Abbasov adlı şəxsə yeni idarədə qeyri-rəsmi səlahiyyət verib.  Baxın, barəsində rəsmi əmri olmayan Həzrət Abbasov hazırda Abşeron Sukanal İdarəsinin rəisinin otağında oturub, qurumu istədiyi kimi idarə edir, istədiyi işçini yola salır və sair. İdarənin rəsmən müavini olan Elnur Əliyev mühəndis Həzrətə hesabat verir. Bu, o Həzrətdir ki, "Azərsu"da uzun illər şikayətlər şöpb\əsində işləyən atası Heydər Vətən vəzifədən qanunsuz azad edilməsi ilə bağlı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi məhkəməyə verib...".

Məlumatda o da deyilir ki, bu azmış kimi, idarə qeyri-əhali obyektlərində özbaşına yoxlamalar da aparırlar: "Halbuki, qeyri-əhali sektorunda yoxlamanın aparılma prosedurları var..."

Samir MUSAYEV

Mia.az

Chosen
3
2
mia.az

3Sources