EN

"Ölüm taciri" silah biznesinə qayıdıb -"The Wall Street Journal"

“Ölüm taciri” kimi tanınan Viktor But yenidən silah biznesinə qayıdır. O, iki il əvvəl amerikalı basketbolçu Britni Qrinerlə Rusiya ilə məhbus mübadiləsi çərçivəsində Amerika həbsxanasından azad edilib.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin yazdığına görə, But artıq yenidən bizneslə məşğul olur. O, hətta Yəmənin İran tərəfindən dəstəklənən husi yaraqlılarına silah tədarükünü təşkil etməyə çalışır.

57 yaşlı But onilliklər ərzində Afrika, Cənubi Amerika və Yaxın Şərqə sovet istehsalı olan silahların satışı ilə məşğul olub. O, 2008-ci ildə Amerika hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Butun "karyerası"na aid 2005-ci ildə Hollivudda “Müharibələrin hökmdarı” filmi də çəkilib.

Tural

Chosen
12
news365.az

1Sources