EN

Bakıda qazanxanada partlayış nəticəsində altı nəfər xəsarət alıb

Oktyabrın 7-də saat 13:50 radələrində TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) 8-ci Köndələn küçəsində yerləşən qazanxanada partlayış haqqında məlumat daxil olub. 

Hadisə yerinə 4 "təcili yardım" briqadası gəlib.

Altı nəfər xəsarət alıb, 3 kişi və 2 qadın TƏBİB-in tabeliyində olan xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyəti kritik, ikisinin vəziyyəti orta-ağır, 2-sinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Hazırda diaqnostik müayinələr aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Kəsilmiş yara diaqnozu təyin edilən 39 yaşlı qadın isə ilkin yardımdan sonra xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Chosen
32
turan.az

1Sources