EN

Badmintonçularımız beynəlxalq uğura imza atıb

Badmintonçularımız Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "International" seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.

News365.az Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, "Uganda International Series 2024" turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa vurub. Era  Uqanda, BƏƏ, Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçumuz finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin tamamında məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki Pangestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil və Diki 1/2 finalda hindistanlı rəqiblərinə hər iki setdə uduzub.

 

Chosen
3
8
news365.az

10Sources