EN

İcra başçısının bacısı dövlətin vergisini NİYƏ ÖDƏMİR?


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Şuşa Mərkəzi Rayon Xəstəxanasına min manat maliyyə sanksiyası tətbiq edib. Bunu səbəb Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında yerləşən xəstəxanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 min 147 manat vergi borcunun ödənməməsidir. 

News365.az xəbər verir ki, dövlətin vergisini ödəməyən Şuşa mərkəzi rayon xəstəxanasının direktoru Kəmalə Əsədova Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.O bu vəzifəni 2019-cu ildən tutub.

Qeyd edək ki, Bayram Səfərovun qızı Gülnar Qurbanova isə Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olub. Hazırda sözügedən məktəb adını dəyişərək Bakı şəhər 336 nömrəli tam orta məktəb olub.

News365.az

Chosen
8
12
news365.az

10Sources