EN

Bakı və rayonlarla bağlı sarı xəbərdarlıq elan edildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Chosen
8
49
metbuat.az

10Sources