EN

Azərbaycanın TOP-5 əsas qeyri-neft ixrac bazarının adları açıqlanıb

Bu ilin yanvar-avqust aylarında ölkənin TOP-5 əsas qeyri-neft ixrac bazarları sırasına Rusiya, Türkiyə, Gürcüstan, ABŞ və İsveçrə daxil olub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, hesabat dövründə 1 514,0 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Yanvar-avqust aylarında Rusiyaya 752 milyon dollar, Türkiyəyə 395 milyon dollar, Gürcüstana 158 milyon dollar, ABŞ-yə 109 milyon dollar, İsveçrəyə isə 100 milyon dollar dəyərində məhsul tədarük edilib.

Cari ilin ilk 8 ayında qeyri-neft məhsullarının əsas 5 kateqoriyasına pomidor (ixrac dəyəri 139,5 milyon dollar), pambıq lifi (138,5 milyon dollar), qızıl (96,1 milyon dollar), azot gübrəsi (78,7 milyon dollar) və alüminium ərintilərindən piltələr (72,4 milyon dollar) daxildir. 2023-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə pomidorun ixrac dəyəri 12,3 faiz, pambıq lifinin 66,1 faiz, qızılın 26,3 faiz, azot gübrəsinin 88 faiz, alüminium piltələrin isə 2,6 dəfə artıb.

Chosen
41
4
vergiler.az

8Sources