EN

Florida əhalisi kütləvi qırğın təhlükəsi qarşısında: "Silinməyən qələmlə adlarınızı biləklərinizə yazın"

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın FLorida ştatında "Milton" qasırğasının yaxınlaşması ilə əlaqədar kütləvi evakuasiya başlanır.

Bu, 2017-ci ildə ştatın qarşılaşdığı "İrma" qasırğasından sonra ən böyük təbii fəlakət ola bilər. "CBS News " telekanalının məlumatına görə, qasırğa çərşənbə günü Floridanın qərb sahilinə çata və ştatın yerləşdiyi yarımadanın böyük bir qismini bürüyə bilər.

Sentyabrın axırınlarında IV dərəcəli "Helen" qasırğası nəticəsində Florida ştatında və ABŞ-ın cənub-qərbindəki  digər 5 ştatda ümumilikdə azı 270 nəfər həlak olmuşdu. Şimali Karolinada hələ də 200 nəfər itkin hesab edilir.

"Milton" qasırğasının getdikcə güclənərək III dərəcəyə çatması gözlənilir.

Yaxınlaşan fəlakət fonunda Florida ştatının qubernatori ştatın 67 rayonundan 51-də fövqəladə vəziyyət elan edib və insanları evlərini tərk etməyə çağırıb. 

Fövqəladə hallar üzrə yerli idarənin başçısı Kevin Hatri mətbuat konfransındakı çıxışı zamanı əhalinin 2017-ci ildən bəri ən irimiqyaslı təxliyəsinə hazırlaşdırlarını bildirib. O adamlara tələsməyi tövsiyə edib. Florida ştatının baş prokuroru Eşli Mudi isə daha kəskin çıxış edərək, təxliyə olunmaq istəməyənlərə adlarını əllərinə silinməz markerlə yazmağı təklif edib: "Qoy sizi tapanda kim olduğunuz bəlli olsun".

Hürr Tərcüman

Chosen
15
hurriyyet.az

1Sources