“Apple” “iOS 18″i yeniləməsini təqdim edərkən bu yeniləmənin ən böyük həcmli yeniləmə olduğunu bildirdi.

İndex.az xəbər verir ki, buna baxmayaraq əksər yeni funksiyalar ilk versiyada təklif edilməyib.

“Apple”in baş direktoru Tim Kuk, “Apple Intelligence” xüsusiyyətlərinin tədricən buraxılacağı ilə bağlı çıxışında “ChatGPT” inteqrasiyasının təqvim ilinin sonuna qədər gələcəyini söylədi.

Bu inteqrasiyanın “iOS 18.2” ilə təmin ediləcəyi gözlənilir.

İstifadəçinin icazəsi ilə “Siri” suallara özü cavab verməyəcək, lakin “ChatGPT”nin cavablarını göstərəcək.

“ChatGPT” istifadəçilər üçün mətn və şəkillər yaratmağa imkan verən seçimlərdən biri olacaq