EN

15 yaşlı qızı öldürməkdə şübhəli bilinən şəxsin Qarabağ kanalından meyiti tapılıb

Oktyabrın 7-də polis əməkdaşları tərəfindən Qarabağ kanalından 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, K.Əhmədli sentyabrın 1-də itkin düşmüş və iki gün sonra üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilmiş 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızını qətlə yetirməkdə şübhəli bilinib.

Bərdə Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır./apa

Chosen
11
13
interpress.az

10Sources