EN

Rusiyada görünməmiş hücum

Kreml Rusiyanın dövlət media şirkəti VGTRK-nin “görünməmiş kiberhücuma” məruz qaldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın dövlət media şirkəti Rusiya Dövlət Televiziya Radio Korporasiyasının misli görünməmiş kiberhücuma məruz qaldığını bəyan edərək, mütəxəssislərin məsuliyyət daşıyanların müəyyən edilməsi üçün intensiv şəkildə çalışdıqlarını açıqlayıb.

Ukraynalı hakerlərin Rusiya dövlət televiziyasına bu hücumu Putinin ad günündə baş verib. Ukraynalı hakerlər Rusiya dövlət televiziyasının yayımını kəsiblər.

Qeyd edək ki, onlayn yayımlar və kanalın internet saytı da əlçatmaz olub.

Əli Hüseynov

Chosen
34
1
bakivaxti.az

2Sources