"Mançester Yunayted"in mərkəz müdafiəçisi Conni Evans İngiltərə Premyer Liqasının 7-ci turunda "Aston Villa"ya qarşı keçirdikləri səfər oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytı şumali irlandiyalı futbolçunun sözlərini belə çatdırıb:
"Çox yaxşı rəqibə qarşı səfər oyununda 1 xal qazandıq. Bu matçdan bir neçə gün öncə Avropa Liqasında "Portu"dan 3 top buraxmışdıq. "Aston Villa" ilə görüşdə müdafiəyə daha çox diqqət ayırmağa hədəflənmişdik. Əks-hücumlardan istifadə edir, effektli imkan axtarırdıq. Az qala istəyimizə çatmışdıq. "Aston Villa"nın yaxşı futbolçuları var. Onlarla oynamaq çətindir".
Qeyd edək ki, 8 oyuna 8 xal toplayan "Mançester Yunayted" İPL-in turnir cədvəlində 14-cü pillədə mövqe tutub.
Nihat