EN

Mayis Bərxudarov niyə vəzifədən getdi? – Mühüm məqamlar

Oktyabrın 6-da general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub. Həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb. Bu proses ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, kadr dəyişikliyinin “Tərtər işi”, Silahlı Qüvvələrdə yeyinti, yoxsa, ordunun yenidən yapılandırılması ilə əlaqədar olub-olmaması barədə müzakirələr gedir.

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Mayis Bərxudarov uzun müddət korpus komandiri olub:

“Ordunun modernləşdirilməsi, Türkiyə sisteminə uyğunlaşdırılması məsələsi çərçivəsində aparılan yerdəyişmələr, kadr islahatı nəticəsində onunla bağlı bir qərar verilmiş ola bilər. Detallarını Müdafiə Nazirliyi açıqlasa, daha yaxşı olar. Ordunun yenidən bərpası, “Tərtər işi”, yeyinti və s. kimi səsləndirilən fikirlər real ola da bilər, olmaya da. Kifayət qədər tanınmış, barəsində yazılan, danışılan generaldır. Bunun üçün rəsmi məlumat verilməlidir. Sərəncama götürülüb və birbaşa vəzifə verilməyibsə, deməli, onunla bağlı ən yüksək səviyyədə qərar hələ verilməyib”.

Üzeyir Cəfərov

Hərbi ekspertin sözlərinə görə, Mayis Bərxudarovun adı tez-tez “Tərtər işi”ndə hallanır:

“Azərbaycan Silahlı Qüvvələrində yeyinti məsələsində onun adının çəkildiyinin şahidi olmamışam. 2025-ci ildə ordunun yenidən qurulması prosesi başa çatmalıdır. Milli Məclisdə də hərbi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müzakirələr gedir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi altında keçirilən iclasda səsləndirilən fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilməsi də istisna deyil. Yəni ordunun yenidən təşkili istiqamətində əməli addımlar atılır”.

Chosen
10
hurriyyet.az

1Sources