EN

Efiopiya parlamenti yeni prezidenti seçib

Efiopiya parlamenti hər iki palatanın birgə iclasında ölkənin yeni prezidentini seçib.

"Operativ Media" Fana telekanalına istinadən xəbər verir ki, o, xarici işlər naziri Taye Atske-Selassie olub. O, 2018-ci ilin oktyabrından bu vəzifədə çalışan Sahle-Vork Zewdeni əvəz edib.

Sahle Work-Zevde Efiopiya tarixində ilk qadın prezident olub. Afrika ölkəsinin konstitusiyasına görə, prezident dövlət başçısıdır, lakin real hakimiyyət parlament çoxluğunun dəstəklədiyi baş nazirin əlində cəmləşib. 

Chosen
41
operativmedia.az

1Sources